AZ

Cari ildə istehlakçılara 94 milyon manat ƏDV qaytarılıb

2025-ci ilin yanvar – iyun ayları ərzində Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən fiziki şəxs olan istehlakçılara qaytarılan həcmi 94 milyon manata yaxın olub.

Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, 2025-ci ilin yanvar - iyun ayları ərzində xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 4 milyon 889 min manat təşkil edib.

Seçilən
21
18
metbuat.az

10Mənbələr