RU

Instagram və WhatsApp istifadəçilərlə danışmağa başlayacaq

Instagram

Meta, istifadəçilərlə daha çox qarşılıqlı əlaqə qurmaq məqsədilə süni intellekt söhbət botunun keçmiş danışıqlara əsaslanaraq “izləmə mesajları” göndərəcəyi yeni bir funksiyanı sınaqdan keçirir.

Xalqcebhesi.az xəbər verir ki, Business Insiderın məlumatına görə, Meta AI istifadəçidən heç bir sorğu gəlmədən ilk mesajı göndərir və əvvəlki söhbət mövzularını əsas götürərək dialoqu yenidən başlayır.

Meta-nın bu yeni funksiyası Messenger, Instagram və WhatsApp kimi platformalarda tətbiq olunacaq.

Testlərdə istifadə olunan nümunə söhbət botu “Film Sehrinin Ustası” (The Maestro of Movie Magic) istifadəçiyə “Bu axşam üçün film tövsiyəsi istəyirsinizmi?” kimi suallarla birbaşa mesaj göndərir. Bot, istifadəçinin əvvəllər başlatdığı danışıqlara əsaslanaraq yenidən əlaqə yaradır.

Bu sistem, məlumat etiketləmə şirkəti Alignerr tərəfindən hazırlanmış təlimatlar əsasında inkişaf etdirilir. Meta və Alignerr birlikdə fərdiləşdirilə bilən süni intellekt botlarının hazırlanması və bu botların gələcəkdə istifadəçilərlə proaktiv (özbaşına) ünsiyyət qurması üzərində çalışır.

Funksiyanın detalları

TechCrunch saytına danışan Meta sözçüsü, bu funksiyanın istifadəçilərlə “öz təşəbbüsü ilə” yenidən əlaqə qurmaq məqsədilə test edildiyini və bunun istifadəçi bağlılığını artırmağı hədəflədiyini təsdiqləyib.

Meta AI yalnız istifadəçi son 14 gün ərzində botla ən az bir dəfə danışmışsa mesaj göndərə biləcək. Bundan əlavə, həmin istifadəçinin ən az 5 mesajdan ibarət əvvəlki söhbət tarixçəsi olmalıdır. Əgər istifadəçi bu ilk izləmə mesajına cavab verməzsə, bot ikinci dəfə mesaj göndərməyəcək.

Meta AI Studio vasitəsilə istifadəçilər öz təcrübələrinə uyğun fərdi süni intellekt botları yarada biləcəklər. Bu botlar da gələcəkdə istifadəçiyə özbaşına mesaj göndərən sistemlərə çevrilə bilər.

Məryəm Quliyeva

Избранный
70
4
xalqcebhesi.az

8Источники