RU

Stolüstü tennisçilər Avropa birinciliyində iştirak edəcəklər

İyulun 11-də Çexiyanın Ostrava şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa birinciliyi start götürəcək.

Futbolpress.az xəbər verir ki, seçmə komandamız mötəbər yarışa 6 idmançı ilə qatılacaq. Söhbət Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən gedir. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.

Seçmə komandamız bu gün yarışın keçiriləcəyi Ostrava şəhərinə yola düşüb. Avropa çempionatına iyulun 20-də yekun vurulacaq.

Избранный
13
4
futbolpress.az

7Источники