RU

Sülh sazişi yoxdursa, Əliyevlə Paşinyan niyə görüşdü? Sensasion səbəb

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, hazırda Abu-dabidə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında təkbətək görüş davam edir.

Bakupost.az xəbər verir ki, görüşlə bağlı diplomatik mənbələrə iustinadla olduqca mühüm məlumatlar yayılıb.

Bildirilir ki, görüş yerini Azərbaycan seçib, çünki BƏƏ tərəfdaş ölkə sayılır, həmçinin heç bir vasitəçi olmadan, danışıqların birbaşa aparılmasında da rəsmi Bakı israr edib. Hazırda görüşdən yayılan kadrlardan da görünür ki, görüşdə vasitəçilər yoxdur, hətta tərəfləri qarşılamçaq təşəbbüsü də olmayıb – Əliyev və Paşinyan nümayəndə heyətləri ilə birgə normal görüşə başlayıblar.

Liderlərin sülh sazişi imzalamayacağı, amma sülhü və Zəngəzur dəhlizini müzakirə edəcəyi vurğulanır.

Elə bu məlumatlar da açıq suallar yaradır: bu, əvvəlcədən elan olunmamış görüş niyə 10 iyulda keçirilir? Paşinyan və Əliyevin görüşünü vacib edən səbəb nədir? Əgər sülh və ya çərçivə sazişi imzalanmayacaqsa, liderlər 2 saat nümayəndə heyəti ilə görüşdən sonra hazırda təkbətək nəyi müzakirə edirlər?

Söhbət ondan gedir ki. sülh sazişinin mətni razılaşdırılıb, sazişin imzalanması üçün rəsmi Bakının tələbləri ortadadır və bu baxımdan sülh sazişçi ətrafında liderlərin ciddi müzakirəsi üçün heç bir əlahiddə səbəb yoxdur; Zəngəzur dəhlizi məsələsinin də liderlərin şəxsi müzakirəsinə xüsusi ehtiyacı yoxdur, çünki detalları baş nazirin müavinləri müzakirə edə bilər və bunun üçün onların mandatı da var.

Bəs, Əliyev və Paşinyan görüşünü nə zəruri edib?

Ehtimallardan biri Rusiyanın Cənubi Qafqaz siyasəti, Ermənistan və Azərbaycana təzyiqlərini artırması fonunda yaranan vəziyyətdir.

Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq media da Kremlin təzyiqlərinin Azərbaycan və Ermənistanı birgə adedımlar atmağa vadar etdiyi haqda şərhlərlə çıxış edir.

Əgər sülh və ya çərçivə sazişi olmayacaqsa, onda nəqliyyat kommunikasiyalarının açılması və Rusiyanın aqressiyasını neytrallaşdırmaq üçün birgə addımların müzakirəsi gündəmdədir.

Asena,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
www.bakupost.az

1Источники