RU

"Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil" - Nazirdən açıqlamalar

"Növbəti il Azərbaycandakı bütün müəllimlər sertifikasiya imtahanından keçmiş olacaq".

Mia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə deyib.

Nazir bildirib ki, indiyə qədər  7 min 318 müəllim uğursuz nəticə göstərib: "Biz başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyən müəllimin məktəbdə tədris aparması düzgün deyil. Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil. Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı üzrə ekspertlərin apardıqları təkrar qiymətləndirmə, elmi-metodik və psixometrik təhlil nəticəsində istifadə edilən 3 sual iştirakçıların lehinə olmaqla qiymətləndirmədən çıxarılıb. Dəyişiklik Azərbaycan dili üzrə 1 sual, ədəbiyyat üzrə 2 sual olub. 22 nəfərin nəticəsi 0–29 aralığından 30–50 bal aralığına keçir. 24 nəfərin nəticəsi 30–50 aralığından 51+ aralığına keçir...”.

Nazir əlavə edib ki,  sertifikasiya prosesində riyaziyyat fənni üzrə ən yüksək nəticələr Siyəzən, Sumqayıt, Xaçmaz, Mingəçevir və İsmayıllıdan olub: "Ancaq məsələn, sertifikasiya prosesində Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə əmək müqaviləsinə xitam verilib. Bleə zəif nəticələr də var".

MİA.AZ

Избранный
41
1
mia.az

4Источники