RU

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında iştirak edəcəklər

İyulun 11-də Çexiyanın Ostrava şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa çempionatı start götürəcək.

Azərbaycan millisi mötəbər yarışa 6 idmançı ilə qatılacaq. Söhbət Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən gedir.

Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.

Yığma bu gün yarışın keçiriləcəyi Ostrava şəhərinə yola düşüb.

Qeyd edək ki, Avropa çempionatına iyulun 20-də yekun vurulacaq.

Избранный
25
4
xalqqazeti.az

7Источники