RU

Tokayev Trampa cavab VERDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampa Vaşinqtonun avqustun 1-dən respublikadan gələn mallara 25%-lik gömrük rüsumunun tətbiqi ilə bağlı bəyanatı ilə bağlı cavab məktubu göndərib.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Tokayev Trampla dialoqa hazır olduğunu təsdiqləyib və kompromis əldə ediləcəyinə əmin olduğunu bildirib.

“Qazaxıstan Prezidenti ölkəmizin ticarət məsələlərinin rasional həllini hazırlamaq məqsədilə konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib”, - deyə məlumatda bildirilir.

İyulun 7-də Tramp Tokayevə məktub yazaraq ABŞ-ın avqustun 1-dən Qazaxıstandan gələn mallara 25% gömrük rüsumunun tətbiqinə qərar verdiyi barədə xəbərdarlıq edib.

Eyni zamanda, Ağ Ev rəhbəri əlavə edib ki, Astana cavab rüsumları tətbiq edərsə, Vaşinqton Qazaxıstana münasibətdə tarif dərəcəsini artıracaq.

Aqil

Избранный
27
news24.az

1Источники