RU

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

İyulun 9-da Azərbaycan ərazisində qeydə alınan 41, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakues.az-a bildirilib ki, həmin gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Bundan əlavə, axtarışda olan 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 20, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 10 fakt müəyyən edilib.

Избранный
7
5
icma.az

10Источники