AZ

Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı

İyulun 9-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Seçilən
20
49
metbuat.az

10Mənbələr