İyulun 9-da Azərbaycan ərazisində qeydə alınan 41, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a bildirilib ki, həmin gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.Bundan əlavə, axtarışda olan 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Həmin gün narkotiklərlə əlaqədar 20, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 10 fakt müəyyən edilib.aia.az