RU

Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmov RÜZGARI: Köhnə "Təzə Bazar”ı satanlar, rayonu qanunsuz tikinti POLİQONUNA ÇEVİRİBLƏR / FOTO - VİDEO

Paytaxtın Nəsimi rayonunda aparılan qanunsuz tikintilər səngimək bilmir.

Növbəti narazılıq Nəsimi rayonunda yerləşən bazarda qanunsuz tikintiyə verilən özbaşına icazə ilə bağlıdır.

Məlumata görə, rayon sakinlərinin haqlı narazılıqlarına və şikayətlərinə baxmayaraq köhnə “Təzə Bazar”da qanunsuz tikinti işləri durmadan davam etdirilir.

Belə ki, Nəsimi rayonunda yerləşən köhnə “Təzə Bazar” ərazisində qanunsuz, heç bir rəsmi sənədi olmayan tikinti işləri Nəsimi rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinin “razılığı” ilə aparıldığı da iddia olunur. Məlumatda qeyd olunur ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən də bu qanunsuz tikintiyə “razılığı” verilib.

Məlumata görə bazar ərazisində qanunsuz tikinti işləri aparan Ədalət adlı şəxsdir. Bu qanunsuz tikintiyə RİH-nin himayəsi və razılığı heç kimə sirr deyil.
Bildirək ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavinlərindən biri Zahid Xəlilovdur. Bu məmur zəhmətsiz gəlirini kabinetdən idarə etməkdədir. Tikintiyə nəzarət sahəsini ələ keçirən digər güclərdən biri də Xəlilovun yaxın silahdaşı RİH-nin memarı Ələsgər Rüstəmovdur.


Bu məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, qurumların qanunsuz tikinti ilə bağlı mövqeyi vacibdir.




Избранный
17
1
azia.az

2Источники