AZ

Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmov RÜZGARI: “Köhnə Təzə Bazar”ı satanlar, rayonu qanunsuz tikinti POLİQONUNA ÇEVİRİBLƏR/FOTO

Paytaxtın Nəsimi rayonunda aparılan qanunsuz tikintilər səngimək bilmir.

Növbəti narazılıq Nəsimi rayonunda yerləşən bazarda qanunsuz tikintiyə verilən özbaşına icazə ilə bağlıdır.

Paytaxt.org-a daxil olan məlumata görə, rayon sakinlərinin haqlı narazılıqlarına və şikayətlərinə baxayaraq “Köhnə Təzə Bazar” da qanunsuz tikinti işləri durmadan davam etdirlilir.

Beləki, rayonunda yerləşən “Köhnə Təzə Bazar” ərazisində qanunsuz, heç bir rəsmi sənədi olmayan tikinti işləri Nəsimi rayon icra hakimiyyətinin səlahiyyətli şəxslərinin “razılığı” ilə aparıldığı da iddia olunur. Məlumatda qeyd olunur ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinidəndə bu qanunsuz tikintiyə “razılığı” verilib.

Məlumata görə bazar ərazisində qanunsuz tikinti işləri aparan Ədalət adlı şəxsdir. Bu qanunsuz tikintiyə RİH-nin himayəsi və razılığı heç kiə sirr deyil.
Bildirək ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavinlərindən biri Zahid Xəlilovdur. Bu məmur zəhmətsiz gəlirini kabinetdən idarə etəkdədir. Ttikintiyə nəzarət sahəsini ələ keçirən digər güclərdən biridə Xəlilovun yaxın silahdaşı RİH-nin memarı Ələsgər Rüstəmovdur.


Bu məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinindən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinidəndə heç bir açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, qurumalrın qanunsuz tikinti ilə bağlı mövqeyi vacibdir.


Kainat.tv

Seçilən
25
1
paytaxt.org

2Mənbələr