RU

İsveçdə miqrasiya naziri ilə bağlı ifrat sağçılıq qalmaqalı: Parlament izahat tələb edir

Bakı. Trend:

İsveçin miqrasiya naziri Yohan Forsselin yaxın qohumunun ifratsağçı qruplarla əlaqələrinin üzə çıxması ölkədə siyasi qalmaqalasəbəb olub.

Trend-inməlumatına görə, İsveçin Sol Partiyası Forsseldən məsələ ilə bağlıparlament qarşısında izahat verməsini tələb edib. Partiyanındeputatı Toni Haddu bildirib ki, vəziyyət tam şəffaflıq tələbedir:

“Əgər başqalarını sərt şəkildə tənqid edirsinizsə, özünüzə ikilistandart tətbiq edə bilməzsiniz. Bu, ictimai inamı sarsıdır”.

Qalmaqala səbəb olan məlumatları “Expo” nəşri yayıb. Araşdırmanəticəsində məlum olub ki, nazirin qohumu ifrat sağçı dairələrləəlaqəli bir neçə sosial media hesabı idarə edib. Onlardan birinəşəxsən Yohan Forsselin də abunə olduğu bildirilir. Nəşr suallarınınazirin qərargahına göndərdikdən sonra həmin hesablar silinib vəməxfilik parametrləri dəyişdirilib.

Nazir Forssel məsələ ilə bağlı açıqlamasında bildirib ki,məlumat dərc olunmazdan bir həftə əvvəl bu haqda məlumatlandırılıbvə dərhal Təhlükəsizlik Xidmətinə müraciət edib:

“Mən hər cür ekstremizmi qətiyyətlə pisləyirəm və təhlükəsizlikprotokollarına uyğun tədbirlər görmüşəm”, – deyə o vurğulayıb.

Parlament sentyabra qədər tətildə olduğundan, Forsselindindirilməsi yalnız yeni sessiyada mümkün olacaq. Sol Partiya isəməsələni Konstitusiya Komitəsinə rəsmi şəkildə çıxarmağı da istisnaetmir.

Избранный
39
az.trend.az

1Источники