RU

Xəbərdarlıqların təyin edilməsi belə  olur

Xəbərdarlıq təyin edilən mənzili məhdudlaşdıran stansiya növbətçisi sifarişi qatar dispetçerinə məruzə edir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Avtomatlaşdırılmış sistemdə isə məlumatlar infrastruktur sahibinin tələblərinə uyğun olaraq verilir. Xəbərdarlıqların nömrələnməsi hər ayın ilk günü saat 00:00-dan başlayır. Xəbərdarlıq kitabı hər istiqamət üçün ayrıca saxlanılır. Stansiya rəisi və ya müavini müntəzəm olaraq xəbərdarlıq kitabını yoxlayır. Müvafiq qeydlər aparılaraq yenilənir.

Xəbərdarlıq blankları əvvəlcədən doldurulub, stansiya növbətçisi tərəfindən imzalanır. Maşinistə və ya köməkçisinə verilən xəbərdarlıq imza ilə təsdiqlənir. Elektron imza tətbiq olunan hallarda, blank müvafiq avtomatlaşdırılmış sistemlə rəsmiləşdirilir. Xəbərdarlıq blankları surət çıxarma kağızı ilə doldurulduqda, mətni dəqiq və aydın yazılmalıdır. Qatarın nömrəsi blankda qeyd olunur. Maşinist xəbərdarlığın köməkçisinə verilib-verilmədiyini yoxlamalıdır.

 

Избранный
47
heftelik.az

1Источники