RU

6 uşaq atası evdəki bütün pulu oğurlayıb oğlunun azyaşlı nişanlısı ilə qaçdı

Hindistanda altı uşaq atası ailəsinin evdə yığdığı bütün pulu oğurlayaraq oğlunun nişanlısı ilə birlikdə qaçıb.

Publika.az xəbər verir ki, bu barədə "NDTV" məlumat yayıb.

Məlumata görə, hadisə Rampur şəhərində baş verib.

Belə ki, ata 15 yaşlı oğlunun taleyini həll etmək qərarına gəlib və bir qızı onun həyat yoldaşı olaraq seçərək toy müqaviləsi bağlamağa gedib. O, bir neçə dəfə gələcək gəlininin evində olub. Arvadı güman edir ki, məhz həmin vaxt o, özü qıza aşiq olub. Qadın ərinin azyaşlı ilə telefonda danışdığını da eşitdiyini bildirir.

Ərinin münasibətindən xəbər tutan qadın oğlu ilə birlikdə bu əlaqəyə dair sübutlar toplayıb. Ailə vəziyyətdən çıxış yolu tapmağa çalışarkən, "ailə başçısı" evdən 200 min rupini (təxminən 4 min manat) və qızıl-zinət əşyalarını götürərək qaçıb. Daha sonra onun oğlunun nişanlısının da yoxa çıxdığı anlaşılıb. Kişinin arvadı iddia edir ki, əri qızla birlikdə gedib.

Избранный
58
50
publika.az

10Источники