Ukraynada səfərbərlik yeni faciə ilə nəticələnib.
Musavat.com xəbər verir ki, Xarkov vilayətinin Merefa şəhərində bir qadın zorla hərbi xidmətə aparılan oğlunu xilas etməyə çalışarkən həyatını itirib.
Yerli KİV-in yaydığı məlumata görə, qadın avtobusa mindirilmiş oğlunun ardınca qaçıb və onu dayandırmağa cəhd göstərib. Sosial şəbəkələrdə yayılan videoda qadının nəqliyyat vasitəsinin qarşısını kəsməyə çalışdığı, sonra isə onun ardınca qaçaraq yerə yıxıldığı anlar aydın görünür.
Ukrayna ictimaiyyətində rezonans doğuran hadisədə qadının təcili tibbi yardım maşınında keçindiyi bildirilib. Hadisə ölkədə davam edən məcburi səfərbərliklə bağlı ciddi etirazlara səbəb olub.
Musavat.com