RU

Rəhman Bədəlov vəfat etdi

Fəlsəfə elmləri doktoru, kinoşünas Rəhman Bədəlov vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. Professor bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdobalı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalələrin müəllifidir.

Избранный
31
15
qafqazinfo.az

10Источники