ABŞ administrasiyası İraq, Liviya və Əlcəzairdən idxal edilən mallara 30 faiz, Filippin, Bruney və Moldova mallarına isə 25 faiz rüsum tətbiq etmək qərarına gəlib.
Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında məlumat paylaşıb.
O, paylaşımına müvafiq məktubları da əlavə edib. Bildirilir ki, yeni gömrük rüsumları cari il avqustun 1-dən qüvvəyə minəcək.
Qeyd edilir k, rüsum tətbiq edilən ölkələr cavab rüsumlarının tətbiqinə qərar versələr, ABŞ bu tarif dərəcəsini artıracaq.