Ajans.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb. “İki ildən sonra mən “X” şirkətinin baş direktoru vəzifəsini tərk etmək qərarına gəldim. “X” komandası ilə qürur duyuram”, - paylaşımda deyilir. O, postunu tərk etməsinin səbəblərini açıqlamayıb.
Qeyd edək ki, Yakkarino “X” şirkətinin baş direktoru vəzifəsini 2023-cü ilin mayında İlon Maskın sosial şəbəkəni satın almasından sonra tutub. Daha öncə o, Amerikanın “NBC Universal” mediakorporasiyasında satış direktoru olub.