RU

Putin Boqdanovu işdən çıxardı

Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Boqdanovu vəzifəsindən azad edib.

Milli.Az xəbər verir ki, Boqdanov həmçinin Prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi postundan da uzaqlaşdırılıb.

O, 2011-ci ildən Xarici İşlər Nazirliyində müavin, 2012-ci ildən Yaxın Şərq üzrə, 2014-cü ildən isə Afrika üzrə xüsusi nümayəndə kimi fəaliyyət göstərirdi. Hər iki vəzifədən azad edilmə barədə fərman 9 iyul 2025-ci il tarixində imzalanıb.

Milli.Az

Избранный
25
21
milli.az

10Источники