Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı məlumatlar paylaşılır. Məlumata "Google" axtarış sistemində rast gəlindiyi qeyd olunur.
Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev sözügedən situasiya ilə bağlı rəsmi mənbəyə istinad edilməsinin zəruri olduğunu bildirib:
"Rəsmi məzənnəni açıqlamışıq, hər gün saytda yenilənir".
Qeyd edək ki, yayılan məlumatın əksinə olaraq, Mərkəzi Bankın məzənnəsində 1 avro 1,9911 AZN təşkil edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.