AZ

1 avro 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA

Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı məlumatlar paylaşılır. Məlumata "Google" axtarış sistemində rast gəlindiyi qeyd olunur.

 

Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev sözügedən situasiya ilə bağlı oxu.az-a  rəsmi mənbəyə istinad edilməsinin zəruri olduğunu bildirib:

 

"Rəsmi məzənnəni açıqlamışıq, hər gün saytda yenilənir".

 

Qeyd edək ki, yayılan məlumatın əksinə olaraq, Mərkəzi Bankın məzənnəsində 1 avro 1,9911 AZN təşkil edir.

Tarix: 9 İyul 2025, 22:41   
Seçilən
6
18
pravda.az

10Mənbələr