Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Olimpik Lion"un Fransa Futbol Klublarına Nəzarət və İdarəetmə Milli Direktorluğuna (DNCG) təqdim etdiyi apellyasiya şikayəti təmin olunub və komandanın Liqa 1-də qalacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, məlumnatı sözügedən klubun mətbuat xidməti yayıb.
Bəyanat belədir: "Bugünkü qərar "Lion"a etibarın bərpası yönündə atılan ilk addımdır. İndi biz diqqətimizi idmanla bağlı məqsədlərə yönəldə və yeni mövsümə tam şəkildə hazırlaşa bilərik".
Daha öncə "Lion"un maliyyə hesabatı qaydalarını pozduğu üçün Liqa 2-yə göndərilməsi gündəmdə idi. Komanda ötən mövsüm Liqa 1-də 6-cı yeri tutub.
Nihat
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.