AZ

"Lion"la bağlı ağır qərar dəyişdirildi

Daha əvvəl borcları səbəbindən Fransa Liqa 1-dən düşəcəyi gözlənilən “Lion” komandası çempionatdakı yerini qoruyub.

Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, klubun yeni rəhbərliyinin apellyasiya şikayəti təmin olunub və komandanın Liqa 1-də qalması təsdiqlənib.

Bir müddət öncə Lion təmsilçisinin yeni prezidenti xanım Mişel Kanq olub.

“Lion” ötən mövsüm Liqa 1-də 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Fransa klublarının maliyyə hesabatlarına baxan Milli Nəzarət və İdarəetmə Direktorluğu klubun borcunun olması səbəbindən ikinci liqaya göndərilməsi barədə qərar qəbul etmişdi.

Seçilən
30
1
axar.az

7Mənbələr