RU

Xocasəndə mikroavtobus yol kənarına aşdı - VİDEO

“Azərbaycanda taksilərdə bank kartı ilə ödəniş sisteminin qurulması artıq texniki baxımdan mümkün və əlçatan sayılır”.

Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev "Konkret.az"a açıqlamasında səsləndirib:

“Müasir dövrdə mobil post terminallar geniş şəkildə mövcuddur və bu sistem taksilərdə də asanlıqla tətbiq oluna bilər”.

Ekspertin sözlərinə görə, bu tip terminallar həm fiziki cihaz formasında, həm də mobil tətbiqlər vasitəsilə fəaliyyət göstərir:

“Vətəndaş həm bank kartı, həm də mobil tətbiqlə rahat ödəniş edə bilər. Bu, artıq texnoloji problem deyil. Banklar mobil post-terminalları təqdim edir və sürücülər bu xidmətdən yararlana bilərlər”.

Rauf Ağamirzəyev qeyd edib ki, əsas məsələ sürücülərin bu sahəyə maraq göstərməsidir:

“Əgər sürücülər bu istiqamətdə təşəbbüs göstərsələr, çox rahat şəkildə yeni sistemə keçid mümkündür. Çünki həm dövlətin rəqəmsal ödəniş təşviqi var, həm də ictimai nəqliyyatda şəffaflığın artırılması baxımından bu vacib addımdır. Mövcud bank kartı ilə tətbiq üzərindən ödəniş imkanı artıq mövcuddur. Bu praktika uzun müddətdir ki, tətbiqlərdə bank kartı vasitəsilə səfər qiymətinin avtomatik çıxılması formasında istifadə olunur. Eyni zamanda, fiziki olaraq kartla ödəniş, yəni post-terminal vasitəsilə, ödənişdə yaradılan imkanlar çərçivəsində həyata keçirilə bilər”.

Qeyd edək ki, hazırda bir çox ölkələrdə taksilərdə bank kartı ilə ödəniş geniş tətbiq olunur. Azərbaycanda da bu istiqamətdə tələbin artdığı müşahidə edilir.

Избранный
29
avtosfer.az

1Источники