RU

Kəmaləddin Heydərov BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak edən rəhbər şəxsləri ilə görüşüb (FOTO)

Bakı.Trend:

Nazir Kəmaləddin Heydərov BMMT-nin İcraiyyə Şurasının 58-cisessiyasında iştirak edən bəzi ölkələrin aidiyyəti qurumlarınınrəhbər şəxsləri ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikasının fövqəladə hallar nazirigeneral-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən BeynəlxalqMülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-cisessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Misir ƏrəbRespublikası Mülki Müdafiə Baş İdarəsinin baş direktoru Nazim FaruqƏbdülhəmid Məhəmməd Əbdülkərim, Tacikistan Respublikası FövqəladəHallar və Mülki Müdafiə Komitəsinin sədri Rəcəbəli Rəhmonəli, QətərDövləti Müki Müdafiə Departamentinin baş direktoru Həməd OtmanAldeha və Belarus Respublikasının fövqəladə hallar naziri VadimSinyavski ilə görüşüb.

Qonaqları Bakıda salamlamaqdan məmnunluq ifadə edən nazirK.Heydərov ölkəmizin təbii və texnogen fövqəladə hallarla mübarizəistiqamətində xarici tərəfdaşlarla əməkdaşlığınmöhkəmləndirilməsində hər zaman maraqlı olduğunu xatırladıb. Bumənada, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin digər ölkələrinuyğun qurumları ilə istər ikitərəfli əsasda, istərsə də beynəlxalqtəsisatlar, xüsusilə Beynəlxalq Mülki Müdafiə Təşkilatıçərçivəsində əlaqələrin inkişafının qarşılıqlı faydasıvurğurlanıb.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinrəhbərliyi altında ölkəmizdə mülki müdafiə və əhalinin fövqəladəhadisələrdən qorunması sahəsində görülən uğurlu işlərdən danışıb,vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyatakeçirilən layihələr barədə məlumat verib.

Qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkürlərini bildirənqonaqlar Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının58-ci sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkilolunduğunu qeyd ediblər.

Görüşlərdə BMMT çərçivəsində əlaqələrin hazırkı vəziyyəti vəperspektivləri geniş müzakirə edilib, ölkələrimizin uyğun qurumlarıarasında əməkdaşlıq münasibətlərinin inkişafı baxımından Bakıdakeçirilən sessiyanın əhəmiyyəti vurğulanıb.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında genişfikir mübadiləsi aparılıb.

Kəmaləddin
Kəmaləddin
Kəmaləddin
Kəmaləddin
Избранный
35
25
az.trend.az

10Источники