RU

"Tour de France"da insident: Bıçaqla əvvəl azarkeşlərə, sonra polislərə hücum çəkdi

Fransanın Ruan şəhərində keçirilən "Tour de France" veloyarışının dördüncü mərhələsinin finişində bıçaqlı hücum baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Hadisə çərşənbə axşamı, pelotonun Ruana çatmasından təxminən iki saat əvvəl baş verib. Polis əməkdaşlarının verdiyi məlumata görə, hadisəni törədən şəxs bir neçə həftə əvvəl xəstəxanadan qaçmış 21 yaşlı bir kişi olub.

O, mərhələnin finişinə toplaşmış insanlara bıçaqla hədə-qorxu gəlib. Təhlükəsizlik xidməti onu zərərsizləşdirməyə çalışarkən, hücumçu qeyri-sabit davranışlar nümayiş etdirib və hüquq-mühafizə orqanları əməkdaşlarından birini sinə nahiyəsindən bıçaqlayıb. Xoşbəxtlikdən, polis əməkdaşı gülləkeçirməz jilet geyindiyindən ağır xəsarət almayıb.

İkinci polis əməkdaşı hücum edən şəxsin ayağına atəş açaraq onu zərərsizləşdirib. Daha sonra ona tibbi yardım göstərilib və saxlanılıb.

Избранный
45
publika.az

1Источники