RU

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb: 20 yaralı

Ağdam-Füzuli

Bu gün səhər saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.Ulusum.az report-a istinadən xəbər verir ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) müvafiq şöbələrinə yerləşdiriliblər.Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır."Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Bərdə RMX-da müalicəsi davam edən şəxslər Gülüstan Həsənova, Zabil Əliyev və Gövhər Mehdiyevadır.Qəza zamanı xəsarət alanların tam siyahısı:Şirinov Ruhiyyə Zakir qızı (1977)Mehdiyeva Gövhər Əvəz qızı (1959Xudiyeva Elnaz Kamil qızı (1980Əliyeva Əfsanə Hacı qızı (1995Əliyev Zabil Museyib oğlu (1977Əliyev Vidadi Əbduləli oğlu (1973Əbilova Manya Bəndalı qızı 1983Həsənova Gülüstan Sahib qızı 1987Bayramova Xatirə İbrahim qızı 1968Salahova İlhamə Muxtar qızı 1971Mehdiyeva Aytəkin Binnət qızı 1962Mehdiyeva Məryəm Binnət qızı 1959Məmmədova Bəsti Abbas qızı 1967Bəylərova Gülüzə Xatay qızı 1967Bəykərova Roza Xasay 1965Qurbanov Marış Məhəmməd qızı (1951)Sadıqova İlhamə Əyyub qızı (1971)Hümbətov Səadət Rza qızı (1975)Aslanova Kəmalə Knyaz qızı (1962)Aslanov Bayram Cəbrayıl oğlu (1996)Şahverdiyev Şövkət Ələstan qızı (1971)Hüseynova Günay Kərım qızı (1982)*** 09:19Ağdam Füzuli avtomobil yolunda 20 nəfərin xəsarət almasıyla bağlı yaralılara tibbi yardım üçün Ağdam Təcili yardım stansiyasının 7 təcili yardım briqadası hadisə yerinə cəlb edilib.BAKU.WS report-a istinadən xəbər verir ki, baş verən qəza zamanı yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına və Bərdə Diaqnostika Mərkəzinə çatdırılması üçün hazırda həkim briqadalar çalışır.*** 09:03Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.Ulusum.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Diqqət Çəkənlər

İSMAYILLI: "Günə baxan gözəllik" - VİDEO

Sabancı ailəsində illər sonra barış: Sadıka Sabancı ailə fotosuna qayıtdı

Netanyahudan Trampa: Səni Nobel Sülh Mükafatına namizəd göstərdim!

Избранный
18
1
ulusum.az

4Источники