RU

"Sabah" - "Çelye" matçına satılan bilet sayı açıqlandı

Bakıda “Sabah” və Sloveniyanın “Çelye” komandası arasında keçiriləcək UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hələlik qarşılaşmaya 5000 bilet satılıb.

Qeyd edək ki, “Sabah” – “Çelye” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Избранный
52
2
operativmedia.az

10Источники