AZ

"Sabah"ın oyununa 5000 bilet satılıb

Bakıda "Sabah" və Sloveniyanın "Sele" komandası arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub. SİAxəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Artıq qarşılaşmaya 5000 bilet satılıb.

Qeyd edək ki, “Sabah” – “Sele” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
34
7
sia.az

8Mənbələr