RU

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - Fotolar

“Azercell” və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində keçirilən “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” növbəti mərhələsini uğurla tamamlayıb.

Publika.az xəbər verir ki, layihə bu dəfə Lənkəran, Masallı və Sumqayıt şəhərlərini əhatə edib.

Təlimlər çərçivəsində ümumilikdə 150-dən çox məktəbli kiberməkanda qarşılaşa biləcəkləri risklər, təhlükəli halların qarşısının alınması yolları və təhlükəsiz rəqəmsal davranış qaydaları barədə biliklər əldə edib.

Sessiyalar beynəlxalq standartlara əsaslanan proqram çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri tərəfindən keçirilib. Təlimlər zamanı şagirdlərə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, onlayn fırıldaqçılıq və kiberbullinq halları ilə mübarizə yolları haqqında praktiki biliklər təqdim olunub. Real nümunələr əsasında keçirilən interaktiv məşğələlər isə iştirakçıların kibermühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşmasına töhfə verib.

Избранный
16
17
publika.az

10Источники