AZ

Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir (FOTO)

Bakı. Trend:

Azercell və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgəəməkdaşlığı çərçivəsində keçirilən “Məktəblilər üçünKibermaarifləndirmə Proqramı” növbəti mərhələsini uğurlatamamlayıb. Layihə bu dəfə Lənkəran, Masallı və Sumqayıtşəhərlərini əhatə edib. Təlimlər nəticəsində ümumilikdə 150-dən çoxməktəbli kiberməkanda qarşılaşa biləcəkləri risklər, təhlükəlihalların qarşısının alınması yolları və təhlükəsiz rəqəmsaldavranış qaydaları barədə biliklər əldə edib.

Sessiyalar beynəlxalq standartlara əsaslanan proqramçərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ekspertləritərəfindən keçirilib. Təlimlər zamanı şagirdlərə şəxsi məlumatlarınqorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, onlaynfırıldaqçılıq və kiberbullinq halları ilə mübarizə yolları haqqındapraktiki biliklər təqdim olunub. Real nümunələr əsasında keçiriləninteraktiv məşğələlər isə iştirakçıların kibermühitdə təhlükəsizdavranış vərdişlərinin formalaşmasına töhfə verib.

Təlimlər haqqında ətraflı məlumat almaq üçün: https://www.youtube.com/shorts/3mEvMNaejHU

Qeyd edək ki, layihənin ilkin mərhələsində Xızı, Quba, Qusar vəXaçmaz rayonlarını əhatə edən təlimlərdə 226 şagird iştiraketmişdi. Beləliklə, “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”ümumilikdə 7 regionda 350-ə yaxın məktəblinin kibertəhlükəsizliksahəsində maariflənməsinə xidmət edib.

Azercell-in
Azercell-in
Azercell-in
Azercell-in
Azercell-in
Azercell-in
Azercell-in
Azercell-in
Seçilən
13
17
az.trend.az

10Mənbələr