ain.az, Idmanxeber.az saytına istinadən bildirir.
Xorvatiyada “Hayduk” və “Zirə” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu italiyalı hakim idarə edəcək.
İdmanxeber.az-ın məlumatına görə, FİFA referisi Luka Payrettoya Cüzeppe Perrotti və Xaled Bahri kömək edəcək. Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.
Oyun iyulun 31-də, saat 23:00-da start götürəcək. Tərəflər arasında ilk görüş iyulun 23-də Bakıda olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.