AZ

“Hayduk” - “Zirə” matçında italiyalı hakimlər

“Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandası ilə cavab matçının hakimləri açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FİFA referisi Luka Payretto olacaq. Ona yan xətt hakimləri qismində Cüzeppe Perrotti və Xaled Bahri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk matç iyulun 23-də Bakıda olacaq. Bu qarşılaşmaya saat 19:30-da start veriləcək. Cavab görüşü isə iyulun 31-də Xorvatiyada keçiriləcək. Həlledici matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Seçilən
20
17
arena.az

10Mənbələr