RU

Bir ailənin beş üzvünü öldürüb yandırdılar: Cadugərlik ediblər?

Hindistanın Bihar əyalətinin polisi Temta kəndinin sakinləri tərəfindən cadugərlikdə günahlandırılan bir ailənin 5 üzvünün qətlində əli olmaqda şübhəli bilinən üç nəfəri həbs edib.

Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Rayon polisi bildirib ki, təxminən 50 nəfərdən ibarət dəstə gecə saatlarında evə basqın edərək üçü qadın olmaqla, ailənin beş üzvünü öldürüb. Daha sonra cəsədlər yandırılıb.

Ailədən yeganə sağ qalan 16 yaşlı oğlan hücumun təfərrüatlarını polisə danışıb. Deyib ki, bu basqına səbəb 10 gün əvvəl kənddə bir uşağın ölməsi, qardaşının isə ağır xəstəlik keçirməsi olub. Belə ki, yerli sakinlər bu məsələdə “cadugərlikdən” şübhələniblər.

Qeyd edək ki, cadugərlikdə günahlandırılan insanlara qarşı hücumlar hələ də Hindistanın bəzi yerlərində və digər Cənubi Asiya ölkələrində baş verir. Hüquq müdafiəçilərinin fikrincə, cadugərliklə bağlı xurafatlar çox vaxt ucqar rayonlarda belə faciələrə səbəb olur.

Избранный
45
publika.az

1Источники