RU

"Zirə"nin Konfrans Liqasındakı oyununu italiyalı hakim idarə edəcək

Xorvatiyada yerli "Hayduk" və "Zirə" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu italiyalı hakim idarə edəcək.

"Report"un məlumatına görə, FIFA referisi Luka Pairettoya Giuseppe Perrotti və Khaled Bahri köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 31-də baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasındakı ilk görüş iyulun 23-də Bakıda olacaq.

Избранный
44
17
report.az

10Источники