RU

Avtobus qəzasında yaralananların sayı artıb - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ağır mikroavtobus qəzası baş verib. Ağdam-Füzuli yolunda mikroavtobus aşıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatında bildirilib.

Hadisə bu gün səhər saatlarında yolun 22-ci kilometrliyində baş verib. "Ford" markalı mikroavtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb.

Qeyd edək ki, yaralılara tibbi yardım üçün Ağdam Təcili yardım stansiyasının 7 təcili yardım briqadası hadisə yerinə cəlb edilib. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına və Bərdə Diaqnostika Mərkəzinə çatdırılması üçün həkim briqadalar çalışır.

Faktla bağlı araşdırmalar aparılır.

***

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

Ağdamda baş verən qəzada yaralanan şəxslərdən sürücü 1977-ci il təvəllüdlü Əliyev Zabil Müseyib oğlu, sərnişinlər: 1987-ci il təvəllüdlü Həsənova Gülüstan Sahib qızı və 1959-cu il təvəllüdlü Mehdiyeva Gövhər Əvəz qızı Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Избранный
29
1
hafta.az

2Источники