Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün yoxlama oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Türkiyə təmsilçisi “Keçiörengücü” ilə qarşılaşacaq. Boluda baş tutacaq oyuna saat 18:45-də start veriləcək.
“Zirə” bundan öncə Bakı toplanışında “Qarabağ”a uduzub – 0:4.