RU

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb - Yenilənib

09.07.2025-ci il tarixində saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub...

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər AğdamBərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

Ağdam Füzuli avtomobil yolunda 20 nəfərin xəsarət almasıyla bağlı yaralılara tibbi yardım üçün Ağdam Təcili yardım stansiyasının 7 təcili yardım briqadası hadisə yerinə cəlb edilib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, baş verən qəza zamanı yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına və Bərdə Diaqnostika Mərkəzinə çatdırılması üçün hazırda həkim briqadalar çalışır.

***

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.....

Bu barədə Poliqon-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilib.

Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Poliqon.info

Избранный
32
14
poliqon.info

10Источники