AZ

24 nəfər xəstəxanaya yerləşdirilib- TƏBİBDƏN AÇIQLAMA

Ajans.az xəsarət alanların son vəziyyəti ilə bağlı TƏBİB-lə əlaqə saxlayıb.  Qurumdan saytımıza bildirildi ki, 09.07.2025-ci il tarixində saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub. Dərhal çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər. 

Hazırda həmin şəxslərin müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

Seçilən
37
7
Ajans.az

10Mənbələr