RU

Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə...

Ağdam rayonunda 25 yaşlı oğlan sevgi münasibətində olduğu qadının qızına qarşı seksual hərəkətlər edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.

Rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Babayev 2024-cü ilin aprel ayında istintaqa məlum olmayan gün və vaxtda sevgi münasibətində olduğu Adilənin yetkinlik yaşına çatmayan qızı Bahara (ad-soyadlar şərti verilib – red.) qarşı intim hərəkətlər edib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən müttəhim ona elan olunan ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, mütəmadi olaraq Adilənin evinə gedib-gəlib, onunla münasibətdə olub: “Onun qızı Baharın uşaq olduğu mənə məlum olub. Azyaşlı zərərçəkmişlə həmişə uşaq kimi davranmışam. 2024-cü ilin aprel ayında Adiləgildə olduğum vaxt onun əri gəldi. Mən bu səbəbdən azyaşlının otağına girdim. Həmin vaxt onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə oldum. Əməlimdən peşmanlıq keçirmişəm”.

Избранный
26
50
publika.az

10Источники