RU

''Fənərbaxça'' ingiltərəli futbolçuya təklif göndərdi

Con Duranın transferini rəsmən açıqlayan ''Fənərbaxça'' vaxt itirmədən başqa oyunçulara yönəlib. İstanbul nəhənginin Kayl Uoker-Pitersə rəsmi təklif irəli sürdüyü məlum olub.

''Sarı-lacivərdlilər''in Brayt Osayi-Samuel ilə yollarını ayırdığını nəzərə alsaq, Uoker-Pitersə maraq göstərilməsi başa düşüləndi. 28 yaşlı bu futbolçu cinah müdafiəçisidi. Ancaq ona ''Beşiktaş'' da daxil olmaqla başqa klublardan da təklif var. Hətta ''Qartal'' bu futbolçu ilə ayın əvvəlindən danışıqlar aparır. Uoker-Pitersi cəlbedici edən variant onun azad agent statusunda olmasıdı.

Belə ki, ''Sauthempton'' ilə müqavilə müddəti bitdiyi üçün o, hazırda sərbəst futbolçudu. Amma ''A Spor'' kanalının məlumatına görə ona ən sərfəli təklif ''Fənər''dən gəlib. İstanbul nəhəngi bu futbolçuya imza parasından əlavə illik 2,4 milyon avro maaş verməyə hazırdı.

''Beşiktaş'' isə 2 milyon avro imza parası və illik 1,5 milyon avro təklif edib Onunla ''Everton'' və ''Tottenhem'' də maraqlanır. ''Tottenhem''in yetirməsi olan ingiltərəli futbolçu 2020-ci ildən ''Sauthempton''un şərəfini qoruyurdu.

O ötən mövsüm 35 rəsmi oyunda forma geyərək aktivinə 2 məhsuldar ötürmə yazıb.

Избранный
59
1
football-plus.az

2Источники