RU

Özünü güllələyən keçmiş hökumət başçısı Türkiyəyə göndərildi

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstana bağlı Acarıstan Muxtar Respublikası hökumətinin keçmiş sədri Tornike Rijvadze müalicəsi üçün Türkiyəyə göndərilib. 

"Unikal" xəbər verir ki, bu barədə gürcü KİV məlumat yayıb. 

Məlumat üçün bildirək ki, Rijvadze iyulun 7-də Saqarecoda Dəniz Nəqliyyatı Agentliyinin rəhbərinin evində intihara cəhd edib. O, ürəyindən aldığı güllə yarası ilə Saqarecodakı "Geohospitals"a aparılıb, orada əməliyyat olunub, daha sonra Tbilisidəki Birinci Universitet Klinikasına yerləşdirilib. 

Səhiyyə nazirinin sözlərinə görə, onun ağciyəri zədələnib.

Ağarza Elçinoğlu 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
unikal.az

1Источники