RU

Acarıstanın sabiq hökumət sədri müalicə üçün Türkiyəyə aparıldı

TBİLİSİ, 9 iyul. TELEQRAF

Bir neçə gün öncə intihara cəhd etmiş Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin keçmiş sədri Tornike Rijvadze Türkiyə aparılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onun müalicəsi Türkiyədəki klinikalardan birində davam etdiriləcək.

Həkimlər bildiriblər ki, T.Rijvadzenin vəziyyəti stabil qiymətləndirilir, müsbət dinamika müşahidə edilir.Yaxın günlərdə onun süni tənəffüs aparatından ayrılacağı gözlənilir.

Qeyd edək ki, Acarıstanın sabiq hökumət sədri üç gün öncə intihara cəhd edib. O, döş qəfəsindən güllə yarası ilə klinikaya yerləşdirilmişdi.

Избранный
43
teleqraf.com

1Источники