RU

Davide Ançelotti müstəqil məşqçilik fəaliyyətinə başladı

66 yaşlı məşhur italyan mütəxəssis Karlo Ançelottinin oğlu, 35 yaşlı Davide Ançelotti “Botafoqo”nun baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə “Botafoqo”nun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 1 il yarımlıq – müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədə olcaq müqavilə razılaşdırıblar.

Vurğulayaq ki, bu, Davidenin ilk müstəqil məşqçilik fəaliyyəti olacaq. Buna qədər Davide ancaq atası Karlonun köməkçisi olaraq fəaliyyət göstərib. Gənc italyan mütəxəssis karyerasına PSJ və “Real”da fitnes məşqçisi kimi başlayıb. Daha sonra “Bayern”, “Napoli”, “Everton” və “Real”da atası Karlonun köməkçisi olub.

Xatırladaq ki, bir müddət əvvəl Davide Ançelotti atası Karlo Ançelottinin Braziliya millisindəki məşqçilər qərargahında da yer almışdı.

Избранный
35
arena.az

1Источники