RU

Osimhen “Qalatasaray” yolunda

“Qalatasaray” ötən mövsümü icarə əsasında komandada keçirən Viktor Osimheni transfer etməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İstanbul klubu “Napoli” ilə 75 milyon avro qarşılığında anlaşıb. Məbləğ 5 il müddətinə ödəniləcək.

Danışıqlarda son detallar qalıb. Tərslik olmazsa, Osimhen yeni mövsümdə də “Qalatasaray”da forma geyinəcək.

Forvard başa çatan mövsümdə 41 oyunda 37 qol vurub.

Избранный
42
45
futbolpress.az

10Источники