UEFA Çempionlar Liqasında 2025/2026 mövsümü başlanıb.

Offsideplus.az xəbər verir ki, ilk yarış günündə birinci təsnifat mərhələsində 10 oyun gerçəkləşib.

Azərbaycan yığmasının üzvü Zamiq Əliyevin şərəfini qoruduğu Albaniyanın "Eqnatiya" komandası çətinliklə İslandiya təmsilçisi "Breydablik"i məğlub edib.

Bu qarşılaşmada həmvətənimiz ehtiyatda qalıb.

Onu da əlavə edək ki, Azərbaycan çempionu "Qarabağ" mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

UEFA Çempionlar Liqası, birinci təsnifat mərhələsi

İlk oyunlar

"Kups" (Finlandiya) - "Milsami" (Moldova) 1:0

"İberiya" (Gürcüstan) - Malmö"(İsveç) 1:3

"Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) 1:0

"Levadiya" (Estoniya) - RFŞ (Latviya) 0 1

"Olimpiya" (Sloveniya) - "Kayrat" (Qazaxıstan) 1:1

TNS (Uels) - "Şkendiya" (Makedoniya) 0:0

"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq) 1:0

"Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq) 2:3

"Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya) 1:0

"Virtus" (San Marino) - "Jrinski" (Bosniya və Herseqovina) 0:2