RU

İzlənilən kameralarla bizi hansı təhlükə gözləyir?

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza Şəmkir–Gədəbəy avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobili ilə “Lada” markalı avtomobil toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 4 nəfər (2-si kişi, 2-si qadın cinsli olmaqla) Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Избранный
14
avtosfer.az

1Источники