RU

Tramp Ukraynaya müdafiə silahlarının göndərilməsini təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında Ukraynaya “müdafiə xarakterli silahların” göndərilməsini təsdiqlədiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

“Biz Ukraynaya müdafiə silahları göndəririk və mən bunu təsdiqləmişəm”, – deyə Tramp bildirib.

8 iyulda Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə söz verib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Patriot hava hücumundan müdafiə sistemləri üçün 10 raketi dərhal təhvil verəcək və silah təchizatının digər yollarını tapmaqda da kömək edəcək.

Pentaqon da bu məlumatı təsdiqləyərək bildirib ki, Ukraynaya əlavə müdafiə silahları göndəriləcək. Məqsəd — Ukraynanın özünü müdafiə edə bilməsini təmin etmək və bu zaman ərzində davamlı sülhün təmin olunması istiqamətində işləri davam etdirməkdir.

Избранный
49
43
nocomment.az

10Источники