RU

İstanbul məhkəməsi Ayşe Barımı azadlığa buraxmadı

İstanbul məhkəməsi Ayşe Barımı azadlığa buraxmadıMəşhur türk aktyor və aktrisalarının meneceri Ayşe Barım 2013-cü ildə baş vermiş Gezi Parkı etirazları ilə bağlı ittiham olunur.

Sonxeber.az xəbər verir ki, İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsi Barımın səhhətindəki ciddi problemlərə baxmayaraq, onun həbsdə saxlanılmasına qərar verib.

Ayşe Barım beyin anevrizması, ürək ritm pozğunluğu və öd kisəsi xəstəliklərindən əziyyət çəkir. Vəkilləri onun səhhətini əsas gətirərək bir neçə dəfə sərbəst buraxılması üçün müraciət etsələr də, bu tələblər təmin olunmayıb.

Növbəti məhkəmə iclası 2025-ci il oktyabrın 1-nə təyin olunub.

Избранный
60
sonxeber.az

1Источники